Yuxarı

Barak Obama: "İŞİD-in məhvi əsas prioritetimdir"

Biz, millətimiz, irqimiz, dinimizdən asılı olmayaraq terrora qarşı bir olmalıyıq”

Bakı. 24 mart. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama terrorçu "İŞİD" təşkilatının məhvini fəaliyyətinin başlıca prioriteti adlandırıb.

"Report"-un "Amerikanın Səsi"-nə istinadən verdiyi xəbərə görə, Argentinada çıxış edən Obama Brüsseldə törədilən partlayışlarda əli olan bütün şəxslərin ədalətə cəlb edilməsi yolunda dost və müttəfiq Belçikanı dəstəkləməyə hazır olduğunu bildirib.

“Son hadisələr bir daha göstərir ki, dünya bir araya gəlməlidir. Biz, millətimiz, irqimiz, dinimizdən asılı olmayaraq terrora qarşı bir olmalıyıq,” - deyə Obama bildirib. “Mənim əsas məqsədim İŞİD-məğlub edib, dünyada baş verən bu terrorun qarşısını almaqdır.”

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi