Yuxarı
    Bağlamaq

    Barak Obama: "İŞİD-in məhvi bizim üçün böyük əhəmiyyət kəsb edir"

    ABŞ prezidenti: İŞİD və əl-Qaidə kimi qruplaşmaların terrorçuları mübarizə apardığımız ən ciddi təhlükədir

    Bakı. 23 aprel. REPORT.AZ/ İŞİD və "əl-Qaidə" kimi qruplaşmaların terrorçuları Qərb üçün ən ciddi təhlükədir.

    "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə fikri ABŞ prezidenti Barak Obama Almaniyaya səfəri (24-25 aprel) ərəfəsində "Bild" qəzetinə verdiyi müsahibədə deyib.

    "İŞİD və "əl-Qaidə" kimi qruplaşmaların terrorçuları mübarizə apardığımız ən ciddi təhlükədir. Onlarla mübarizə bir neçə səbəbdən çətindir. Mənim üçün İŞİD-in məhvi böyük əhəmiyyət kəsb edir", - deyə B.Obama bildirib.

    ABŞ prezidenti həm Suriyada, həm də İraqda İŞİD terrorçularının geri çəkildiklərini qeyd edib: "Artıq onların nəzarət etdiyi torpaqların ərazisi azalıb".

    "Bununla belə, Paris və Brüsseldə baş vermiş terror hücumları göstərdi ki, belə hücumların qarşısını almaq üçün daha çox səy göstərməliyik", - deyə ABŞ prezidenti vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi