"Report" xəbər verir ki, bu barədə Ağ evin rəsmi saytında məlumat verilir.
Obama bunu İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon söhbəti zamanı bildirib.
"Prezident Obama ABŞ-ın Fələstinin hələ ki, dövlət olmaması və bu səbəbdən Roma statutuna qoşulmaq hüququnun olmaması mövqeyindən çıxış etdiyini təsdiqləyib. Obama qeyd edib ki, Birləşmiş Ştatlar Fələstinin Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmasını qeyri-konstruktiv addım hesab edir", - deyə məlumatda bildirilir.
Bundan əvvəl, Fələstinin aprelin 1-də Beynəlxalq Cinayət Məhkəməsinə qoşulacağı məlum olub.