Yuxarı
    Bağlamaq

    ​Barak Obama ABŞ-ın Suriyaya daha 250 hərbçi göndərəcəyini elan edəcək

    ABŞ hərbi qüvvələrinin sayı artırılacaq

    Bakı. 25 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama bu gün İŞİD terror qruplaşmasına qarşı mübarizədə kömək üçün Suriyaya 250 hərbçinin göndərilməsini elan edəcək. "Report"un məlumatəına görə, bu barədə "Wall Street Journal" xəbər yayıb.

    Nəşrin məlumatına görə, Suriyaya əlavə hərbi personalı göndərmək barədə qərar haqqında qərar Ağ Ev rəhbərinin Hannoverdə bir sıra Avropa dövlətlərinin liderləri ilə görüşündə elan ediləcək.

    Beləliklə, İŞİD-ə qarşı mübarizə aparan yerli qüvvələrə təlimi ilə məşğul olan ABŞ hərbçilərinin sayı 300 nəfərə qədər artırılacaq.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi