Banqladeşdə koronavirusa yoluxanların sayı 4 600-ü keçdi

Digər ölkələr
  • 24 aprel, 2020
  • 11:31
Banqladeşdə koronavirusa yoluxanların sayı 4 600-ü keçdi

Banqladeşdə son sutkada daha 503 koronavirusa yoluxma halı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Banqladeş Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada daha 4 nəfər pandemiyanın qurbanı olub. Bununla da ölkə üzrə yoluxanların sayı 4 689-a, qurbanların sayı isə 131-ə çatıb. 

Məlumata görə, ölkə üzrə koronavirusdan 112 nəfər sağalıb.

Qeyd edək ki, Banqladeş hökuməti sosial təcrid rejiminin müddətini aprelin 25-dək uzadıb.