Bakı. 3 iyul. REPORT.AZ/ Banqladeşdə tikiş fabrikində partlayış olub.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Bdnews24" məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə Qazipur dairəsində baş verib. Belə ki, ayaqqabı tikişi fabrikində istilik qazanının partlaması nəticəsində 9 nəfər ölüb, daha 50 nəfər xəsarət alıb.
Yanğınsöndürmə xidmətinin nümayəndəsinin sözlərinə görə, hadisə yerli vaxtla saat 19:00-da qeydə alınıb.
Partlayış nəticəsində "Multifabs Ltd" şirkətinə məxsus dördmərtəbəli fabrikin binası qismən dağılıb. Xidmət nümayəndəsi bildirib ki, ölənlərin sayı arta bilər.
Hazırda xilasetmə işləri aparılır. Yaralılar xəstəxanalara çatdırılıb.