Banqladeşdə tələbə etirazları zamanı 80 nəfər yaralanıb
- 09 aprel, 2018
- 08:45
Bakı. 9 aprel. REPORT.AZ/ Banqladeşdə tələbə etirazlarında azı 80 nəfər yaralanıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, işədüzəltmə üzrə mövcud kvota sistemində islahatlar aparılmasını tələb edən tələbələrlə polis arasında qarşıdurmalar dünən gecə paytaxt Dəkkədə baş verib.
Məlumata görə, etirazçılar Dəkkə Universitetinin rektorunun ofisinə soxularaq oranı dağıdıblar, eləcə də bir neçə avtomobili yandırıblar. Polis yol kəsişməsində yolu bağlayan etirazçıları dağıtmaq üçün dəyənək, gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etmək məcburiyyətində qalıb.
Hüquq-mühafizə orqanları əməkdaşları azı 25 nəfəri saxlayıb.
Qeyd edək ki, qarşıdurmalar polisin hərəkətləri nəticəsində tələbələrdən birinin ölməsi barədə şayiə yayıldıqdan sonra başlayıb.