Banqladeşdə rohinca qaçqınlarının sayı, demək olar ki, 400 min nəfərə çatıb

Banqladeşdə rohinca qaçqınlarının sayı, demək olar ki, 400 min nəfərə çatıb Beynəlxalq Miqrasiya Təşkilatı: Qaçqınların hamısında yorğunluq, aclıq və şahid olduqları zorakılıqların travması var
Digər ölkələr
15 Sentyabr , 2017 16:09
Banqladeşdə rohinca qaçqınlarının sayı, demək olar ki, 400 min nəfərə çatıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Banqladeşdə Myanmadan olan rohinca qaçqınlarının sayı 391 min nəfər çatıb, bu say arta da bilər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Asiya və Sakit okean regionu ölkələri üzrə Beynəlxalq Miqrasiya Təşkilatının (BMM) mətbuat katibi Kris Lom brifinqdə bildirib.

"Son məlumatlar son üç həftə ərzində qaçqınların 391 min nəfər olduğunu gösərir. İnsan axınının dayanacağına dair heç bir işarə də yoxdur. Hələ yüzlərlə insanın sərhədi keçməyə hazırlaşdığını düşünürük", - K.Lom vurğulayıb.

Onun sözlərinə görə, qaçqınların hamısında yorğunluq, aclıq və şahid olduqları zorakılıqların travması var.

BMT-nin Qaçqınlar üzrə Ofisinin sözçüsü Andrey Maxeçiçin sözlərinə görə, üç həftə ərzində Myanmanın Rakhayn əyalətindəki vəziyyət bu böhranı son illərdə ən sürətli böyüyən humanitar böhranlardan birinə çevirib.

Son xəbərlər

Orphus sistemi