Banqladeşdə karantin rejiminin müddəti uzadıldı

Banqladeşdə karantin rejiminin müddəti uzadıldı Banqladeşdə koronavirusa görə tətbiq edilən sosial təcrid rejimi mayın 16-dək uzadılıb.
Digər ölkələr
4 May , 2020 17:11
Banqladeşdə karantin rejiminin müddəti uzadıldı

Banqladeşdə koronavirusa görə tətbiq edilən sosial təcrid rejimi mayın 16-dək uzadılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Banqladeş hakimiyyəti qərar qəbul edib.

Bildirilib ki, Banqladeş üzrə koronavirusa 10 143 yoluxma hadisəsi qeydə alınıb. Son sutkada 5 nəfər virusdan ölüb. Bununla da infeksiya qurbanlarının sayı 182-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 588 000-i ötüb. Bunların 1 162 712 nəfəri sağalıb, 248 819 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi