Banqladeşdə gəmi qəzaya uğrayıb, onlarla insan həlak olub

Banqladeşdə gəmi qəzaya uğrayıb, onlarla insan həlak olub Banqladeşin şərqindəki Brahmanbaria bələdiyyəsində 100-dən çox sərnişini daşıyan gəmi qəzaya uğrayıb.
Digər ölkələr
27 Avqust , 2021 21:57
Banqladeşdə gəmi qəzaya uğrayıb, onlarla insan həlak olub

Banqladeşin şərqindəki Brahmanbaria bələdiyyəsində 100-dən çox sərnişini daşıyan gəmi qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə The Bangladesh Observer qəzeti polisə istinadən məlumat yayıb.

Məlumata görə, gəminin trauler (balıq ovu üçün nəzərdə tutulan gəmi - red) ilə toqquşması nəticəsində azı 20 nəfər boğulub.

Hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Qəzanın səbəbləri müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi