Banqladeşdə etirazlarda bir gündə azı 56 nəfər ölüb
Digər ölkələr
- 05 avqust, 2024
- 15:52
Banqladeşdə keçirilən etiraz aksiyalarında bir gündə azı 56 nəfər ölüb, 100-dən çox adam xəstəxanaya yerləşdirilib.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” polis və həkimlərə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Baş nazir Şeyx Hasinanın istefa verərək ölkəni tərk etməsinə baxmayaraq, Dəkkə və digər şəhərlərin küçələrində hələ də nümayişçi izdihamı qalmaqdadır.
Daha əvvəl iyul ayında başlayan etirazlar zamanı ölənlərin ümumi sayının avqustun 5-i səhər saatlarında təxminən 300 nəfər olduğu bildirilmişdi.
Banqladeş ordusu atışmanı dayandıracağını vəd edərək və vətəndaşları asayişi qorumağa çağıraraq ölkənin idarəetməsini müvəqqəti ələ alıb. Yaxın vaxtlarda Banqladeşdə müvəqqəti hökumətin yaradılması planlaşdırılır.
Son xəbərlər
04:53
Pakistan yeni ballistik raketini təqdim edib
Hərbi04:16
Ukrayna səsdən beş dəfə çox sürətlə manevr edən raketlər alacaq
Digər ölkələr03:45
ABŞ qoşunları Suriyadakı Ət-Tanf hərbi bazasını tərk edib
Digər ölkələr03:11
ABŞ Hindistana yeni silah satmağı planlaşdırır
Digər ölkələr03:00
BMT-nin Baş katibi Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti ilə görüşüb
Digər ölkələr02:31
Nyu-Yorkun meri varlı sakinlər üçün vergilərin artırılmasını təklif edib
Digər ölkələr02:12
Belqrad-Priştina dialoqu üzrə xüsusi nümayəndənin mandatı uzadılıb
Digər ölkələr01:37
Suriyadakı 5 mindən çox İŞİD-çi İraqa təhvil verilib
Digər ölkələr01:12
Foto
Video