Banqladeşdə tələbəni öldürən 20 nəfərə edam cəzası, 5 nəfərə ömürlük həbs verilib

Banqladeşdə tələbəni öldürən 20 nəfərə edam cəzası, 5 nəfərə ömürlük həbs verilib Banqladeşli tələbəni işgəncə verərək öldürən 20 nəfər edam ediləcək
Digər ölkələr
8 Dekabr , 2021 13:12
Banqladeşdə tələbəni öldürən 20 nəfərə edam cəzası, 5 nəfərə ömürlük həbs verilib

Banqladeşdə bir tələbəni işgəncə ilə öldürməkdə təqsirləndirilən 20 nəfər edam ediləcək.

“Report” “The Bangladesh Observer”ə istinadən xəbər verir ki, bu barədə ölkə məhkəməsi qərar çıxarıb.

Məlumata görə, tələbənin qətli ilə bağlı keçirilən prosesdə 25 təqsirləndirilən şəxsdən 22-si iştirak edib. Onlardan 20 nəfəri ölüm cəzasına məhkum edilib. Beş nəfərə isə ömürlük həbs cəzası verilib, lakin onlardan üçü məhkəmədən yayınıb.

Qeyd edək ki, 2019-cu ilin oktyabrında Banqladeş universitetində oxuyan 21 yaşlı Abrar Fahadın meyiti tapılıb. O, feysbukda hakimiyyəti tənqid edən paylaşımlara görə işgəncələrə məruz qalıb, sonra isə döyülərək öldürülüb. Tələbə şəhərciyində baş verən qətl hadisəsindən sonra bütün ölkədə gəncin ölümündə günahkar olanların tapılıb cəzalandırılması tələbi ilə etiraz aksiyaları keçirilib. Bundan əvvəl Banqladeş KİV amansız cinayətdə ittiham olunanların hamısının ölkədə fəaliyyət göstərən ekstremist təşkilatlardan birinə aid olduqları barədə məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi