Banqladeşdə baş verən qarşıdurmalarda 100-dən çox tələbə xəsarət alıb

Banqladeşdə baş verən qarşıdurmalarda 100-dən çox tələbə xəsarət alıb Banqladeşdə hökumət işləri üçün kvota sisteminin tərəfdarları ilə əleyhdarları arasında baş verən qarşıdurmada 100-dən çox tələbə xəsarət alıb.
Digər ölkələr
16 İyul , 2024 04:25
Banqladeşdə baş verən qarşıdurmalarda 100-dən çox tələbə xəsarət alıb

Banqladeşdə hökumət işləri üçün kvota sisteminin tərəfdarları ilə əleyhdarları arasında baş verən qarşıdurmada 100-dən çox tələbə xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, minlərlə insanın iştirak etdiyi qarşıdurma zamanı insanlar bir-birinə daş atıb, bir-birinə dəyənək və dəmir çubuqlarla vurublar.

Banqladeşdə, əsasən də paytaxtda olan tələbə etirazları bu ayın əvvəlində Ali Məhkəmənin Banqladeşdə 1971-ci il Müstəqillik Müharibəsində azadlıq döyüşçülərinin qohumları üçün 30 % məşğulluq kvotasını bərpa etmək qərarından sonra başlayıb. Banqladeş məhkəməsinin qərarı bir ay müddətinə dayandırmasına baxmayaraq, etirazlar davam edib. Baş nazir Şeyx Hasina bu kateqoriyadan olan vətəndaşlar üçün iş kvotasına qarşı çıxanları qınayıb.

İyulun 14-ü axşam saatlarında etirazlar yeni güclə başlayıb və Dəkkədəki müxtəlif universitetlərin tələbələri aksiyalarda iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi