Yuxarı
    Bağlamaq

    Banqladeşdə "An-26" yük təyyarəsi qəzaya uğrayıb

    Göyərtədə olan dörd nəfərdən ikisi tapılıb, bir nəfər ölüb

    Bakı. 9 mart. REPORT.AZ/ Banqladeş sahillərində göyərtəsində 4 rusiyalının olduğu "An-26" yük təyyarəsi qəzaya uğrayıb, ən azı 1 nəfər həlak olub. 

    Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

    "Göyərtədə olan dörd nəfərin hamısı Rusiya vətəndaşı olub", - deyə polis nümayəndəsi Aslam Xosseyn bildirib. 

    "True Aviation" şirkətinin idarə etdiyi təyyarə təqribən səhər yerli vaxtla 09:30 radələrində qəzaya uğrayıb. Koks-Bazar və Cessor şəhərləri arasında krevet daşınması üçün istifadə olunan təyyarə dənizə düşüb. 

    İki nəfər saat 10:00-da yerli balıqçılar və xilasedicilər tərəfindən xilas olunub və xəstəxanaya göndərilib. Xəstəxanadan verilən məlumata görə, onlardan biri ölüb, digərinin vəziyyəti isə ağırdır. 

    Qalan iki nəfərin axtarışları davam edir. Qəza yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi