Baltikyanı ölkədə koronavirusa yoluxanların sayı 739-a çatdı

Baltikyanı ölkədə koronavirusa yoluxanların sayı 739-a çatdı Latviyada daha 27 nəfərdə koronavirus aşkarlanıb.
Digər ölkələr
20 Aprel , 2020 17:36
Baltikyanı ölkədə koronavirusa yoluxanların sayı 739-a çatdı

Latviyada daha 27 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin nümayəndəsi deyib.

Beləliklə, Baltikyanı ölkə Latviyada COVID-19-a yoluxanların rəsmi sayı 739-a yüksəlib.

Qeyd edək ki, hazırda ölkədə fövqəladə vəziyyət rejimi hökm sürür. Bütün beynəlxalq sərnişindaşımalar ertələnib, kütləvi tədbirlər qadağan edilib, təhsil ocaqlarında dərslər dayandırılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 426 000-i ötüb. Bunların 636 629 nəfəri sağalıb, 166 122 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi