BAK: Ötən il son 25 il ərzində rekord sayda aviasiya hadisəsi baş verib

BAK: Ötən il son 25 il ərzində rekord sayda aviasiya hadisəsi baş verib Ümumilikdə 148 nəfər həyatını itirib
Digər ölkələr
15 Mart , 2017 08:43
BAK: Ötən il son 25 il ərzində rekord sayda aviasiya hadisəsi baş verib

Bakı. 15 mart. REPORT.AZ/ Ötən il son 25 il ərzində rekord sayda aviasiya hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Aviasiya Komitəsinin (BAK) illik hesabatında bildirilir.

Hesabata görə, 2016-cı ildə BAK-a üzv ölkələrin mülki aviasiya sahəsində 63 hadisə, o cümlədən 28 aviaqəza baş verib ki, bunun da nəticəsində 74 nəfər həlak olub. Kommersiya aviasiyasında 28 aviasiya hadisəsi qeydə alınıb. Onlardan 11-i qəza ilə nəticələnib, 44 nəfər ölüb. Ümumi təyinatlı aviasiya sahəsində 17-si qəza olmaqla 35 hadisə baş verib ki, onların da nəticəsində 30 nəfər həyatını itirib.

Hazırda BAK-ın 11 üzvü var: Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna.

Son xəbərlər

Orphus sistemi