Bağdadda törədilmiş terror aktlarında ölənlərin sayı 27-ə çatıb

Bağdadda törədilmiş terror aktlarında ölənlərin sayı 27-ə çatıb İki partlayışda 100-dən çox insan xəsarət alıb
Digər ölkələr
31 May , 2017 01:38
Bağdadda törədilmiş terror aktlarında ölənlərin sayı 27-ə çatıb
Courtesy İmage

Bakı. 31 may. REPORT.AZ/ Bağdadda törədilmiş terror aktlarında ölənlərin sayı 27-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı Səhiyyə Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb.

Nazirliyin nümayəndələri qeyd ediblər ki, iki partlayışda 100-dən çox insan xəsarət alıb. Partlayışlardan biri Bağdadın mərkəzində dondurma dükanının yaxınlığında törədilib. İkinci partlayış isə paytaxtın əsas körpüsünün yaxınlığında törədilib.

Terror aktına görə məsuliyyəti terrorçu İŞİD qruplaşması üzərinə götürüb.

Qeyd edək ki, ilkin məlumatda İraqın paytaxtının mərkəzində, dondurma dükanının yaxınlığında törədilən partlayışda 13 nəfərin öldüyü, 30 nəfərin isə yaralandığı bildirilirdi. 

Son xəbərlər

Orphus sistemi