Bağdadda törədilən partlayışlara görə məsuliyyəti "İslam Dövləti" öz üzərinə götürüb

Bağdadda törədilən partlayışlara görə məsuliyyəti "İslam Dövləti" öz üzərinə götürüb Terror aktları nəticəsində ən azı 40 nəfər ölüb, 85 nəfər yaralanıb
Digər ölkələr
8 Fevral , 2015 00:49
Bağdadda törədilən partlayışlara görə məsuliyyəti İslam Dövləti öz üzərinə götürüb

Bakı. 8 fevral. REPORT.AZ/ İraqın paytaxtı Bağdad şəhərində törədilmiş üç partlayışa görə məsuliyyəti terrorçu "İslam Dövləti" qruplaşması öz üzərinə götürüb.

"Report"un RİA Novosti agentliyinə istinadla verdiyi xəbərə görə, ən azı 40 nəfərin öldüyü, 85 nəfərin isə yaralandığı partlayışların İD-yə üzv olan terrorçu-kamikadzelər tərəfindən həyata keçirildiyi məlum olub.

Baş nazir Hayder al-Abidi son bir neçə il ərzində Bağdadda tətbiq olunan komendant saatının ləğvinə dair qərar imzalıyıb. 

Son xəbərlər

Orphus sistemi