Bağdadda baş vermiş terror aktında ölənlərin sayı 55 nəfərə çatıb - YENİLƏNİB

Bağdadda baş vermiş terror aktında ölənlərin sayı 55 nəfərə çatıb - YENİLƏNİB Partlayış sakinlərin Məhərrəm ayındakı faciə ilə əlaqədar tədbir keçirdikləri çadırda törədilib
Digər ölkələr
15 Oktyabr , 2016 18:45
Bağdadda baş vermiş terror aktında ölənlərin sayı 55 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 15 oktyabr. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda terrorçu-kamikadzenin insan izdihamı yaşanan yerdə özünü partlatması nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi xəbər yayıb. 

Qeyd edək ki, partlayış yerli sakinlərin Məhərrəm ayındakı faciə ilə əlaqədar tədbir keçirdikləri çadırın içərisində törədilib.

Çadır İraq paytaxtının şimalında yerləşən Şaab rayonundakı bazarda yerləşib.

***14:15

Bağdadda terrorçu-kamikadzenin insan izdihamı yaşanan yerdə özünü partlatması nəticəsində 31 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.

"Report" "Press TV"yə istinadən xəbər verir ki, partlayış yerli sakinlərin Məhərrəm ayındakı faciə ilə əlaqədar tədbir keçirdikləri çadırın içərisində törədilib.

Çadır İraq paytaxtının şimalında yerləşən Şaab rayonundakı bazarda yerləşib.

Son xəbərlər

Orphus sistemi