Yuxarı

Bağdadda terror aktı nəticəsində 9 nəfər həlak olub, 30 nəfər yaralanıb

Terrorçunun intihar kəmərini işə salması ilə meydana gələn partlayış paytaxtın şərqindəki Bağdad əl-Cədidə rayonunda baş verib

Bakı. 27 sentyabr. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda partlayış törədilib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər həlak olub, 30 nəfər yaralanıb.

Terrorçunun intihar kəmərini işə salması ilə meydana gələn partlayış paytaxtın şərqindəki Bağdad əl-Cədidə rayonunda baş verib.

Hələlik terror qruplaşmalarından heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.

"Al Sumaria" telekanalı isə Bağdadın cənubunda törədilən ikinci partlyışın olmasını xəbər verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bilinsə də, dəqiq sayı məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi