Yuxarı
    Bağlamaq

    Bağdadda təhlükəsizlik tədbirləri gücləndirilib, internet bağlanıb

    İraqda icazəsiz mitinq keçirilib

    Bakı. 15 iyul. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda tanınmış siyasi lideri, "Mehdi ordusu" hərbi təşkilatının rəhbəri, Müqtəda əs-Sədrinin tərəfdarları icazəsiz etiraz aksiyası keçiriblər.

    "Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

    İnformasiyaya görə, hakimiyyətin icazə vermədiyi nümayişdə on minlərlə insan iştirak edib. Tədbir Bağdadın mərkəzində "Təhrir" meydanında keçirilib.

    Məlumatda bildirilib ki, nümayiş iştirakçıları İraqın baş naziri Heydər əl-İbadidən ölkədə islahat keçirməyi, korrupsiyaya son qoymağı tələb ediblər.

    Xəbərə əsasən, hakimiyyət insanları aksiyada iştirak etməməyə çağırıb. Bağdadda təhlükəsizlik tədbirləri gücləndirilib, internet bağlanıb. Bununla belə hakimiyyət mitinqi dağıtmayıb.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi