Bağdadda polis etirazçılara atəş açıb, ölənlər var

Bağdadda polis etirazçılara atəş açıb, ölənlər var Bu gün Bağdadda keçirilən kütləvi etiraz aksiyası zamanı polis nümayişçilərə atəş açıb.
Digər ölkələr
4 Noyabr , 2019 18:40
Bağdadda polis etirazçılara atəş açıb, ölənlər var

Bu gün Bağdadda keçirilən kütləvi etiraz aksiyası zamanı polis nümayişçilərə atəş açıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, paytaxtın Ər-Rəşidiyyə rayonunda təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində azı 5 etirazçı ölüb.

Təhlükəsizlik və səhiyyə mənbələri isə 1 nəfərin öldüyünü, 22 nəfərin yaralandığını bildirib.

Qeyd edək ki, oktyabrın əvvəllərindən İraqın müxtəlif şəhərlərində keçirilən kütləvi nümayişlər zamanı təhlükəsizlik qüvvələrinin gördüyü sərt tədbirlər nəticəsində 250 nəfərdən çox etirazçı ölüb.

Son xəbərlər

Orphus sistemi