Bağdadda partlayış olub, ölənlər və yaralananlar var

Bağdadda partlayış olub, ölənlər və yaralananlar var İraqın paytaxtı Bağdadın Kazımiyyə rayonunda insanlar çox olduğu yerdə qaz balonunun partlaması nəticəsində ölənlərin və yaralananlar var
Digər ölkələr
4 İyun , 2021 11:55
Bağdadda partlayış olub, ölənlər və yaralananlar var

İraqın paytaxtı Bağdadın Kazımiyyə rayonunda insanların sıx toplaşdıqları ərazidə qaz balonunun partlaması nəticəsində 2 nəfər ölüb, 14 nəfər yaralanıb.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, məlumatı ölkənin Təhlükəsizlik Xidməti yayıb.

Hadisə iyunun 4-də gecə saatlarında Kazımıyyədə Bab-əl Murad adlı restoranın yaxınlığında baş verib.

Ölənlərin və yaralananların sayının artacağı ehtimal edilir. Hadisənin terror hücumu nəticəsində baş verdiyi istisna olunmur.

Son xəbərlər

Orphus sistemi