Bakı. 10 sentyabr. REPORT.AZ/ Dünən gecə İraqın Paytaxtı Bağdad şəhərində ticarət mərkəzinin yaxınlığında iki minalanmış avtomobilin partladılması nəticəsində ən az 35 nəfər həlak olub.
"Report" "Press TV"yə istinadən xəbər verir ki, daha 40 nəfər xəsarət alıb.
Partlayış nəticəsində ətrafdakı binalar zədələnib, ticarət mərkəzinin yaxınlığında dayanan avtomobillər yanıb.
Terror aktına görə, "İslam Dövləti" qruplaşması məsuliyyəti öz üzərinə götürüb.