Bağdadda nümayişçilərlə polis arasında toqquşma olub, ölənlər var

Bağdadda nümayişçilərlə polis arasında toqquşma olub, ölənlər var Bağdadın mərkəzində minlərlə nümayişçini dağıtmaq üçün polis odlu silah tətbiq edib və etirazçılara qarşı bibər qazından istifadə olunub.
Digər ölkələr
25 Oktyabr , 2019 15:04
Bağdadda nümayişçilərlə polis arasında toqquşma olub, ölənlər var

Bağdadın mərkəzində minlərlə nümayişçini dağıtmaq üçün polis odlu silah tətbiq edib və etirazçılara qarşı bibər qazından istifadə olunub.

“Report” “Al Jazeera”yə istinadən xəbər verir ki, hələ ötən gecə paytaxt küçələrində yerləşdirilən polis və təhlükəsizlik qüvvələrinin bölmələri tərəfindən xüsusi mühafizə olunan, hökumət binaları və ABŞ səfirliyinin yerləşdiyi “Yaşıl bölgə”yə keçməyə çalışan nümayişçilərə atəş açılması nəticəsində yerli İnsan Hüquqları Komissiyasına görə azı 2 nəfərin ölüb, 100-dək yaralanıb.

Ölkə şiələrinin dini rəhbəri ayətullah-üzma Əli Sistani Kərbəladakı cümə namazı zamanı etirazçıları və təhlükəsizlik qüvvələrini nümayişlərin dinc keçirilməsini təmin etməyə çağıraraq yalnız belə olarsa, gerçək islahatların mümkün olacağını diqqətə çatdırıb.

Xatırladaq ki, bu ayın əvvəlindən İraqın müxtəlif şəhərlərində sosial xidmətlərin yarıtmaz fəaliyyətinə, yoxsulluğa, işsizliyə və korrupsiyaya qarşı keçirilən kütləvi nümayişlər zamanı təhlükəsizlik qüvvələri tərəfindən əliyalın insanlara qarşı atəş açılıb. Bu cür ifrat sərt tədbirlər nəticəsində etirazlar hökumətə qarşı yönəlib. Bütövlükdə etirazlar başlayandan 149 nümayişçi və 8 nəfər təhlükəsizlik əməkdaşının öldüyü, 3 mindən çox yaralanıb.

Son xəbərlər

Orphus sistemi