Bağdadda partlayış nəticəsində 6 nəfər ölüb - YENİLƏNİB

Bağdadda partlayış nəticəsində 6 nəfər ölüb - YENİLƏNİB İnsident fələstinlilərin qaldığı otel yaxınlığında qeydə alınıb
Digər ölkələr
29 Aprel , 2017 00:48
Bağdadda partlayış nəticəsində 6 nəfər ölüb - YENİLƏNİB
muhalif-haber.com

Bakı. 29 aprel. REPORT.AZ/ İraqın paytaxtı Bağdadın mərkəzi hissəsində ən azı 6 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Məlumata görə, paytaxtın Əl-Karrada məhəlləsində minalanmış avtomobil partladılıb.

İraq ərazisində fəaliyyət göstərən heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

***00:26

İraqın paytaxtı Bağdad şəhərində güclü partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

İlkin məlumatlara görə, insident, Fələstin vətəndaşlarının qaldığı ehtimal edilən mehmanxana yaxınlığında qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi