Bağdadda etiraz aksiyaları zamanı 125 nəfər xəsarət alıb

Bağdadda etiraz aksiyaları zamanı 125 nəfər xəsarət alıb İraqın paytaxtı Bağdad şəhərində etiraz aksiyaları zamanı azı bir nəfər ölüb, 125 nəfər xəsarət alıb.
Digər ölkələr
30 İyul , 2022 18:52
Bağdadda etiraz aksiyaları zamanı 125 nəfər xəsarət alıb

İraqın paytaxtı Bağdad şəhərində etiraz aksiyaları zamanı azı bir nəfər ölüb, 125 nəfər xəsarət alıb.

Bu barədə “Report” “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir.

Qeyd olunub ki, yaralananlar arasında 25 İraq əsgəri də var.

Təhlükəsizlik qüvvələri Bağdadda xarici diplomatik nümayəndəliklərin yerləşdiyi “yaşıl zona”nın ətrafına çəkilmiş beton hasara hücum edən nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Bundan əlavə, bir neçə etirazçı rezin güllələrdən yaralanıb.

Son xəbərlər

Orphus sistemi