Bağdad İraq Kürdüstanına beynəlxalq uçuşları qadağan edib

Bağdad İraq Kürdüstanına beynəlxalq uçuşları qadağan edib İraq və kürd muxtariyyətinin şəhərləri arasında daxili aviaəlaqə dayandırılmayacaq
Digər ölkələr
30 Sentyabr , 2017 00:13
Bağdad İraq Kürdüstanına beynəlxalq uçuşları qadağan edib

Bakı. 30 sentyabr. REPORT.AZ/ İraqın Nəqliyyat Nazirliyi referendumdan sonra İraq Kürdüstanı ərazisi üzərindən beynəlxalq uçuşların dayandırıldığını bəyan edib.

"Report" xəbər verir ki, bu barədə məlumat idarənin "Facebook" səhifəsinə yerləşdirilib.

Qeyd olunur ki, İraq və kürd muxtariyyətinin şəhərləri arasında daxili aviaəlaqə dayandırılmayacaq.

Son xəbərlər

Orphus sistemi