BAEA Kiyevin tələbi ilə dekabrın 12-də təcili iclas keçirəcək

BAEA Kiyevin tələbi ilə dekabrın 12-də təcili iclas keçirəcək Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurası Ukrayna tərəfinin tələbi ilə dekabrın 12-də təcili iclas keçirəcək.
Digər ölkələr
11 Dekabr , 2024 21:25
BAEA Kiyevin tələbi ilə dekabrın 12-də təcili iclas keçirəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurası Ukraynanın tələbi ilə dekabrın 12-də təcili iclas keçirəcək.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov teleqram kanalında bildirib.

“Sabah BAEA-nın Rəhbərlər Şurası Ukraynanın tələbi ilə atom elektrik stansiyalarının təhlükəsizliyi üçün vacib olan qeyri-sabit enerji infrastrukturunun nəticələrini müzakirə etmək üçün təcili iclas keçirəcək”, - diplomat deyib.

Onun sözlərinə görə, bu iki mövzunun bir-biri ilə əlaqələndirilməsi heç bir əsasa söykənmir və BAEA-nın səlahiyyətləri çərçivəsindən kənara çıxır.

BAEA-nın daimi missiyaları 2023-cü ildən Ukraynanın bütün atom elektrik stansiyalarında işə başlayıb. Agentliyin rəhbəri Rafael Qrossi bildirib ki, təşkilatın müfəttişləri Ukraynanın atom elektrik stansiyalarını kənardan təchiz edən elektrik yarımstansiyalarının vəziyyətinə nəzarət edəcək.

Son xəbərlər

Orphus sistemi