“Azovstal” zavodundan təxliyə edilənlər Zaporojye vilayətinə aparılacaq

“Azovstal” zavodundan təxliyə edilənlər Zaporojye vilayətinə aparılacaq BMT Mariupoldakı “Azovstal” zavodundan mülki şəxslərin təxliyəsi üzrə əməliyyatı davam etdirir və hər kəs üçün təhlükəsiz çıxış təmin etməyə hazırdır.
Digər ölkələr
1 May , 2022 23:10
“Azovstal” zavodundan təxliyə edilənlər Zaporojye vilayətinə aparılacaq

BMT Mariupoldakı “Azovstal” zavodundan mülki şəxslərin təxliyəsi üzrə əməliyyatı davam etdirir və hər kəs üçün təhlükəsiz çıxış təmin etməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin nümayəndəsi Saviano Abreunun yaydığı bəyanatda deyilir.

O əməliyyat davam etdiyi üçün mülki şəxslərin və işçilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə hazırda əlavə məlumat verməyəcəyini bəyan edib.

“BMT həmçinin Mariupoldan hamının təhlükəsiz çıxışını təmin etməyə çalışmağa davam edəcək. BMT bu işi təmin etmək üçün tərəflərlə fəal şəkildə əlaqə saxlayır”.

Onun sözlərinə görə, əməliyyat Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Rusiya və Ukrayna ilə əlaqələndirilir.

Münaqişənin hər iki tərəfi ilə razılaşdırılıb ki, iki aya yaxındır ki, “Azovstal”da olan mülki şəxslər (qadınlar, uşaqlar, qocalar) Zaporojye vilayətinə təxliyə olunacaqlar, orada onlara dərhal humanitar, o cümlədən psixoloji yardım göstəriləcək.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, artıq 80 nəfər Mariupoldakı “Azovstal” zavodundan təxliyə edilib.

Son xəbərlər

Orphus sistemi