Azərbaycanlı dənizçinin öldürüldüyü gəmiyə kömək qrupu Qabona çatıb

Azərbaycanlı dənizçinin öldürüldüyü gəmiyə kömək qrupu Qabona çatıb Türkiyənin Librevildəki Səfirliyi özünün tvitterdəki hesabında 22 nəfərlik dəstək qrupunun Qabonun paytaxtına çatdığını bildirib.
Digər ölkələr
27 Yanvar , 2021 01:41
Azərbaycanlı dənizçinin öldürüldüyü gəmiyə kömək qrupu Qabona çatıb

Türkiyənin Librevildəki Səfirliyi özünün tvitterdəki hesabında 22 nəfərlik dəstək qrupunun Qabonun paytaxtına çatdığını bildirib.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, qrup üzvləri səfir Nilüfer Erdem Kayğısız tərəfindən qarşılanıb.

Paylaşımda dəstə üzvlərinin gəminin lövbər saldığı Port Gentil Limanına gedərək gəmiyə minəcəyi bildirilib.

Yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində “Mosart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum edib. Hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun Port-Gentil Limanına hərəkət edib.

Son xəbərlər

Orphus sistemi