Azərbaycanlı dənizçinin öldürüldüyü gəmiyə kömək qrupu Qabona çatıb
Digər ölkələr
- 26 yanvar, 2021
- 21:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Librevildəki Səfirliyi özünün tvitterdəki hesabında 22 nəfərlik dəstək qrupunun Qabonun paytaxtına çatdığını bildirib.
Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, qrup üzvləri səfir Nilüfer Erdem Kayğısız tərəfindən qarşılanıb.
Paylaşımda dəstə üzvlərinin gəminin lövbər saldığı Port Gentil Limanına gedərək gəmiyə minəcəyi bildirilib.
Yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində “Mosart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum edib. Hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun Port-Gentil Limanına hərəkət edib.
Son xəbərlər
11:14
Məhəmməd Salah Misir millisinin tarixində ən çox qol vuran futbolçu olub
Futbol
11:01
Azərbaycanda daha 55 peşə və kvalifikasiya standartı hazırlanır
Daxili siyasət
11:00
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Hərbi
11:00
Azərbaycanın xalis maliyyə aktivləri 110 milyard manata çatıb
Maliyyə
10:59
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Daxili siyasət
10:51
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Energetika
10:51
İran Hörmüz boğazında 4 tankerin minaya düşərək partladığını bildirib - Yenilənib
Region
10:47
İMF bu il Gürcüstan iqtisadiyyatının 7,2 % artacağını proqnozlaşdırır
Maliyyə
10:29
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Hadisə