Azərbaycanlı ailə Almaniyadan deportasiya edilib

Azərbaycanlı ailə Almaniyadan deportasiya edilib Ötən gün Gürcüstan vətəndaşı olan 4 azərbaycanlı Almaniyadan deportasiya edilib
Digər ölkələr
31 May , 2021 12:21
Azərbaycanlı ailə Almaniyadan deportasiya edilib

Ötən gün Gürcüstan vətəndaşı olan 4 azərbaycanlı Almaniyadan deportasiya edilib.

“Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, bir ailənin üzvü olan 4 azərbaycanlı ötən gecə polis və miqrasiya idarəsinin əməkdaşlarının müşayiəti ilə Berlin Şönefeld hava limanına gətiriliblər. Onlar hava limanında sürətli koronavirus testi verdikdən sonra Münhen-Tbilisi reysini həyata keçirən Türkiyə Hava Yollarına məxsus təyyarəyə mindiriliblər.

Məlumata görə, ailə 2016-cı ildə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyib. Lakin onlar Berlin Miqrasiya İdarəsi tərəfindən rədd cavabı alıblar. Ailə daha sonra məhkəməyə müraciət edib. Məhkəmə miqrasiya idarəsinin verdiyi qərarı qüvvədə saxlayıb. 2020-ci ildə ailəyə möhlət hüququ verilsə də, onlar ölkəni tərk etmələri ilə bağlı bir neçə dəfə xəbərdarlıq alıblar.

Məlumat üçün bildirək ki, bu ilin fevral-aprel aylarında aralarında azərbaycanlıların da olduğu 505 nəfər Gürcüstan vətəndaşı Almaniyaya gələrək qaçqın statusu üçün müraciət edib.

Son xəbərlər

Orphus sistemi