Yuxarı
    Bağlamaq

    Azərbaycanda yaşayan yüzə yaxın Özbəkistan vətəndaşı prezident seçkilərində iştirak edib - FOTO

    Seçkilər normal rejimdə keçir

    Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycanda yaşayan 100-ə yaxın Özbəkistan vətəndaşıprezident seçkilərində iştirak edərək səs verib.

    Özbəkistanın Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, səfirliyin nəzdində açılan seçki məntəqəsində səsvermə normal rejimdə keçir. 

    Azərbaycanda yaşayan 200 Özbəkistan vətəndaşı seçkilərdə səsvermə hüququna malikdir. 

    Seçki məntəqəsi yerli vaxtla saat 20.00-dək fəaliyyət göstərəcək. 

    Qeyd edək ki, Özbəkistanda keçirilən prezident seçkilərində öz namizədliyini hazırkı prezident İslam Kərimov (Özbəkistan Liberal Demokrat Partiyası), Xatamjon Ketmonov (Özbəkistan Xalq Demokrat Partiyası), Akmal Saidov ("Milliy tiklaniş"), Nərimon Umarov ("Adolat") irəli sürüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi