Yuxarı
    Bağlamaq

    Azərbaycanda yaşayan Bolqarıstan vətəndaşları prezident seçkisi və referendumda səs verə biləcəklər

    Bolqarıstan hökuməti prezident seçkiləri və referendumun keçirilməsinə 50 mln lev (24,5 mln avro) ayırıb.

    Sofiya. 16 oktyabr. REPORT.AZ/ Noyabrın 6-da Bolqarıstanda keçiriləcək prezident seçkisi və referendumda Azərbaycanda yaşayan bu ölkənin vətəndaşlarına da səs vermək imkanı yaradılacaq.

    “Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Bolqarıstan Mərkəzi Seçki Komissiyası səsvermənin təşkil olunacağı xarici ölkələrdəki seçki məntəqələrinin siyahısını təsdiq edib. Azərbaycan da daxil olmaqla ümumilikdə 72 ölkədə 301 seçki məntəqəsi yaradılıb. Bu məntəqələrin 93-ü Bolqarıstanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında açılacaq. ABŞ, Böyük Britaniya və Türkiyədə 35, İspaniyada 27, Yunanıstanda isə 13 seçki məntəqəsi yaradılacaq.

    Qeyd edək ki, Bolqarıstanda prezident və vitse-prezident vəzifələri uğrunda seçkidə partiya, hərəkat, təşəbbüs qrupları və birlikləri təmsil edən 24 cütlüyün namizədliyi qeydiyyata alınıb. Oktyabrın 6-dan etibarən isə namizəd cütlüklər prezident seçkisi üzrə rəsmən təbliğat kampaniyasına başlayıblar. Prezident seçkiləri ilə yanaşı ölkədə referendum da keçiriləcək. Referenduma “seçkilərin keçirilməsi proseduru və siyasi partiyalara dövlət tərəfindən subsidiyaların ayrılması” məsələləri ümumxalq səsverməsinə çıxarılacaq.

    Bolqarıstan hökuməti prezident seçkiləri və referendumun keçirilməsinə 50 mln lev (24,5 mln avro) ayırıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi