Yuxarı
    Bağlamaq

    Azərbaycanda təhsil almış Anqola prezidenti yenidən hakim partiyanın sədri seçilib

    Joze Eduardu duş Santuş 96,6 faiz səs toplayıb

    Bakı. 20 avqust. REPORT.AZ/ Anqola prezidenti Joze Eduardu duş Santuş hakim Xalq Azadlıq Hərəkatının yenidən lideri seçilib.

    "Report" TASS-a istinadən xəbər verir ki, o, partiyanın ölkənin paytaxtı Luanda da keçirilən qurultayında vahid namizəd olub və 96,6 faiz səs toplayıb.

    Qeyd edək ki, J.Santuş Anqolaya 1979-cu il sentyabrın 21-dən başçılıq edir. Bu ilin martında Anqola prezidenti 2018-ci ildə partiya sədrliyindən getməyi planlaşdırdığını söyləmişdi.

    Xatırladaq ki, 2017-ci ildə Anqolada parlament seçkiləri keçiriləcək. Ölkədə prezidenti parlament seçir. 5 il əvvəl Anqola Xalq Azadlıq Hərəkatı parlament seçkilərində inamlı qələbə qazanmışdı.

    J.Santuş fəhlə-inşaatçı ailədə doğulub, 1954-cü ildə hələ məktəb vaxtlarında Xalq Azadlıq Hərəkatının üzv olmaqla öz siyasi karyerasına başlayıb. O, 1961-ci ildə Fransada könüllü şəkildə sürgün həyatı yaşayıb, daha sonra Konqoya köçüb və Xalq Azadlıq Hərəkatı ilə əməkdaşlıq etməyə başlayıb. Nəticədə prezident müavini vəzifəsini icra edən J.Santuş sonradan təhsilini davam etdirmək üçün SSRİ-yə yolanıb və Bakıda Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi