Azərbaycanda fəaliyyət göstərən həkim Hindistanın ali mükafatına layiq görülüb

Azərbaycanda fəaliyyət göstərən həkim Hindistanın ali mükafatına layiq görülüb Hindistan səfirliyi Azərbaycanda fəaliyyət göstərən hindistanlı həkim, doktor Racani Çandra D'Melloya “Pravasi Bharatiya Samman” mükafatının (PBSA) təqdim edilməsilə bağlı tədbir keçirib.
Digər ölkələr
195
6 Avqust , 2021 20:51
Azərbaycanda fəaliyyət göstərən həkim Hindistanın ali mükafatına layiq görülüb

Hindistan səfirliyi Azərbaycanda fəaliyyət göstərən hindistanlı həkim, doktor Racani Çandra D'Melloya “Pravasi Bharatiya Samman” mükafatının (PBSA) təqdim edilməsilə bağlı tədbir keçirib.

Səfirlikdən "Report"a verilən məlumata görə, "Pravasi Bharatiya Samman” mükafatı xaricdə fəaliyyət göstərən hindistanlılara Hindistanın Prezidenti tərəfindən verilən ən yüksək mükafatdır.

Racani Çandra D’Mello tibb sahəsinə verdiyi töhfələrinə görə bu mükafata layiq görülüb. O, 9 yanvar 2021-ci il tarixində keçirilən virtual mərasim zamanı PBSA mükafatına layiq görülmüş xaricdə fəaliyyət göstərən 30 Hindistan vətəndaşı və təşkilatı sırasında yer alıb.

Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna həkimi təbrik edərək onun müxtəlif sahələrə, xüsusilə də tibb sahəsinə verdiyi töhfələrdən və nailiyyətlərindən danışıb.

Racani Çandra D'Mello də öz növbəsində Hindistan hökumətinə mükafata layiq görüldüyünə görə təşəkkürünü bildirib, bu mükafatı qazanmaqda ona göstərdiyi bütün dəstəyə görə ailəsinə və Azərbaycandakı dostlarına təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi