Yuxarı
    Bağlamaq

    Azərbaycan idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında dördüncü medalını qazanıb - FOTO

    Azərbaycan gimnastı Marina Nekrasova isə 13.200 xalla üçüncü pillədə qərarlaşıb

    Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycanda ilk dəfə təşkil olunan idman gimnastikası üzrə Dünya “Challenge” Kuboku yarışlarının final mərhələsinə start verilib.

    "Report" xəbər verir ki, yarışlar 2015-ci ildə ilk Avropa Oyunları zamanı gimnastikanın altı növü üzrə yarışlara ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçirilir.

    Dünya Kuboku yarışlarında 19 ölkədən 46 kişi və 22 qadın gimnast ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparır.

    Qadınların sərbəst hərəkətlər yarışlarında Braziliya təmsilçisi Flavia Lopes 13.850 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İsveçli Emma Larsson 13.400 xalla ikinci, Azərbaycan gimnastı Marina Nekrasova isə 13.200 xalla üçüncü pillədə qərarlaşıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi