Azərbaycan diplomatları Tbilisidə peşə bayramlarını qeyd edirlər

Azərbaycan diplomatları Tbilisidə peşə bayramlarını qeyd edirlər Tbilisidə 9 İyul - Azərbaycanın Diplomatiya Günü qeyd olunur.
Digər ölkələr
9 İyul , 2020 11:13
Azərbaycan diplomatları Tbilisidə peşə bayramlarını qeyd edirlər
Report

Tbilisidə 9 İyul - Azərbaycanın Diplomatiya Günü qeyd olunur.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov səfirliyin məsul əməkdaşları ilə birgə Heydər Əliyev adına parkda ümummilli liderin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.

Səfir diplomatları peşə bayramları münasibətilə təbrik edərək onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Diplomatik xidmət orqanlarının 101 illiyinə həsr olunan tədbir səfirlikdə davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycan diplomatiyasının tarixi rəsmən 9 iyul 1919-cu ildən başlayır. Ölkənin diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə təsis olunub.

Son xəbərlər

Orphus sistemi