Bakı. 7 yanvar. REPORT.AZ/ Ayın səthinə ayaq basmış 9-cu adam, astronavt Con Yanq 87 yaşında vəfat edib.
"Report" "ABC News"a istinadən xəbər verir ki, o, Ayın səthinə təşkil olunmuş ekspedisiyalarda iki dəfə iştirak edib.
Yanq 1962-ci ildə astronavt olub. 1972-ci ildə Yer peykinin səthinə qədəm qoyub, 1981-ci ildə isə "Cemini-10" heyətinin komandiri olub. Altı kosmik uçuş həyata keçirib.