Avstriyanın yeni kansleri istefa verib

Avstriyanın yeni kansleri istefa verib Avstriyanın federal kansleri Aleksandr Şallenberq sələfi Sebastyan Kurtsun siyasətdən getməsi qərarından sonra vəzifəsini tərk etdiyini açıqlayıb.
Digər ölkələr
2 Dekabr , 2021 21:44
Avstriyanın yeni kansleri istefa verib

Avstriyanın federal kansleri Aleksandr Şallenberq sələfi Sebastyan Kurtsun siyasətdən getməsi qərarından sonra vəzifəsini tərk etdiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə Avstriya mətbuatı məlumat yayıb.

Siyasətçi qeyd edib ki, Avstriya Xalq Partiyasına və ölkə hökumətinə bir nəfər rəhbərlik etməlidir. Onun sözlərinə görə, bununla bağlı qərar partiya daxilində verilməlidir.

Xatılrladaq ki, Aleksander Şallenberq oktyabrın 11-də Avstriyanın yeni kansleri olaraq and içmişdi. Avstriya Prezidenti Aleksander Van der Bellen onu and içməyə aparıb.

Ölkənin keçmiş xarici işlər naziri Aleksander Şallenberq mühafizəkar Avstriya Xalq Partiyasının nümayəndəsidir.

Bu gün Avstriyanın keçmiş kansleri və Avstriya Xalq Partiyasının lideri Sebastyan Kurts siyasətdən getməsi ilə bağlı yekun qərarını açıqlayıb. O, övladı və ailəsi ilə daha çox vaxt keçirəcəyini, həmçinin özünü “yeni peşəkar vəzifələrə” həsr edəcəyini bildirib.

Keçmiş kansler söhbətin nədən getdiyini açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi