Avstriyanın XİN rəhbəri: Ukraynaya qoşun göndərilməsi qəbuledilməzdir

Avstriyanın XİN rəhbəri: Ukraynaya qoşun göndərilməsi qəbuledilməzdir Avstriya bitərəf qalır və Ukraynaya qoşun göndərməyəcək.
Digər ölkələr
18 Mart , 2024 07:11
Avstriyanın XİN rəhbəri: Ukraynaya qoşun göndərilməsi qəbuledilməzdir

Avstriya bitərəf qalır və Ukraynaya qoşun göndərməyəcək.

“Report” xəbər verir ki, bunu Avstriyanın Xarici İşlər Nazirliyinin rəhbəri Aleksander Şallenberq deyib.

“Belə müzakirələri lazımsız hesab edirəm. Avstriya açıq şəkildə yox deyir. Biz neytrallığa riayət edəcəyik. Ukrayna üçün hərbçilərin göndərilməsi, hərbi material, silah və sursat təchizatı yoxdur”, - o, ORF telekanalına bildirib.

Şallenberq qeyd edib ki, NATO-da bu məsələdə konsensus yoxdur.

Son xəbərlər

Orphus sistemi