Avstriyanın səhiyyə naziri xərçəng xəstəliyindən dünyasını dəyişib

Avstriyanın səhiyyə naziri xərçəng xəstəliyindən dünyasını dəyişib Nazir ötən həftə gözlənilmədən xəstəxanaya yerləşdirilib
Digər ölkələr
23 Fevral , 2017 23:43
Avstriyanın səhiyyə naziri xərçəng xəstəliyindən dünyasını dəyişib

Bakı. 23 fevral. REPORT.AZ/ Avstriyanın səhiyyə naziri Sabina Oberhauzer xərçəng xəstəliyindən dünyasını dəyişib.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.

Məlumatda bildirilir ki, 53 yaşlı sosial demokrat ötən həftə gözlənilmədən xəstəxanaya yerləşdirilib və oradan çıxmayıb. Nazir xəstəliyi barəsində dərhal özü bildirib. O, 2015-ci ilin əvvəllərindən xəstəliyindən məlumatlı imiş.

Sabina Oberhauzer səhiyyə naziri vəzifəsini 2014-cü ildən icra edib. Xəstəliyin kəskinləşməsindən sonra onun vəzifəsini müvəqqəti olaraq sosial məsələlər üzrə nazir Alois Ştoqer icra edirdi.

Ölkə rəhbərliyi bu xəbərdən dərindən kədərləndiyini bildirib. Belə ki, prezident Aleksandr Van der Bellen böyük hüzn içində Sabina Oberhauzerin xərçənglə döyüşdə uduzduğunu deyib.

Son xəbərlər

Orphus sistemi