Avstriyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Avstriyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb Avstriyanın Tirol şəhərində kiçik təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
Digər ölkələr
19 İyul , 2019 12:08
Avstriyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Avstriyanın Tirol şəhərində kiçik təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Vetterştayn dağ silsiləsi rayonunda baş verib.

Təyyarə 2,3 min metr hündürlükdə qayaya çarpılıb və ardından demək olar, tamamilə yanıb.

Bəzi məlumatlara görə, qəzaya Cənubi Tiroldan havaya qalxan və Almaniyaya uçan "Cessna" şirkətinin yüngülmotorlu təyyarəsi uğrayıb, lakin bu məlumat hələ təsdiqlənməyib. Polis nümayəndəsi isə təyyarənin İtaliyadan havaya qalxdığının ehtimal olunduğunu bildirib.

Ölənlərin şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Hazırda səlahiyyətli qurumların əməkdaşları hadisəni araşdırırlar.

Son xəbərlər

Orphus sistemi