Avstriyada parlament seçkilərində ilk məntəqələr açılıb

Avstriyada parlament seçkilərində ilk məntəqələr açılıb Avstriyada parlament seçkilərində birinci seçki məntəqələri açılıb.
Digər ölkələr
29 Sentyabr , 2019 08:25
Avstriyada parlament seçkilərində ilk məntəqələr açılıb

Avstriyada parlament seçkilərində birinci seçki məntəqələri açılıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, seçki məntəqələrindən bəziləri yerli vaxtla saat 6:00-da işləməyə başlayıblar. Digər seçki məntəqələri isə saat 10:00-da açılacaq. Respublika hakimiyyəti rəsmən kommunalara və şəhərlərə seçki məntəqələrinin iş vaxtını müstəqil qurmağa icazə verib. Ancaq gözlənilir ki, saat 17:00-da bütün məntəqələr bağlanacaq və səslərin hesablanmasına başlanacaq.

Milli Şuranın (parlament aşağı palatası) tərkibinə 183 deputat daxildir. Onlar yalnız partiya siyahıları üzrə seçilirlər. Parlamentində yerlərə iddia edən partiya 4%-lik baryeri keçməlidir.

Son xəbərlər

Orphus sistemi