Avstriyada pandemiya qurbanlarının sayı 168-ə çatdı

Avstriyada pandemiya qurbanlarının sayı 168-ə çatdı Avstriyada koronavirusdan ölənlərin sayı artıb.
Digər ölkələr
3 Aprel , 2020 14:16
Avstriyada pandemiya qurbanlarının sayı 168-ə çatdı

Avstriyada koronavirusdan ölənlərin sayı artıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Avstriya Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, pandemiya qurbanlarının sayı daha 10 nəfər artaraq 168-ə çatıb. 

Məlumatda həmçinin ölkədə infeksiya daşıyıcılarının sayının 11 238 nəfərə yüksəldiyi də vurğulanıb.

Qeyd edək ki, aprelin 2-də koronavirusdan ölənlərin sayı 158 olub. Ən çox yoluxma faktı İtaliya ilə sərhəddə yerləşən Tirol Federal Torpaqda qeydə alınıb - 2 538. Ölkə paytaxtı Vyanada isə 1 625 nəfər yoluxub.

Avstriyada 5 nəfərdən çox toplaşmaq qadağan olunub. Xüsusi rejim qaydalarını pozanları 3,6 min avroyadək cərimə gözləyir.

Son xəbərlər

Orphus sistemi