Avstriyada növbədənkənar parlament seçkiləri keçiriləcək

Avstriyada növbədənkənar parlament seçkiləri keçiriləcək Bu gün Avstriyada Milli Şuraya (parlament aşağı palatası) növbədənkənar seçkilər keçiriləcək.
Digər ölkələr
29 Sentyabr , 2019 01:41
Avstriyada növbədənkənar parlament seçkiləri keçiriləcək

Bu gün Avstriyada Milli Şuraya (parlament aşağı palatası) növbədənkənar seçkilər keçiriləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, seçki kampaniyasında toplam olaraq 13 partiya və siyasi hərəkat namizədlərini irəli sürüblər.

Avstriyanın bütün federativ ərazilərində seçki məntəqələrinin əksəriyyəti yerli vaxtla saat 08:00-da açılacaq və işini saat 17:00-a qədər davam etdirəcək.

Bəzi şəhərlərdə seçki məntəqələri işini günortaya qədər davam etdirə bilər. Seçkilərin birinci nəticələri məntəqələrin bağlanmasından dərhal sonra, ilkin nəticələr isə - günün sonuna kimi elan ediləcək. 

Hələ 3 il əvvəl 2016-cı ildə ölkənin Konstitusiya Məhkəməsi səsvermələrin nəticələri haqqında istənilən informasiyanı seçki məntəqələrinin bağlanmasına qədər dərc etməyi qadağan edib. 

Son xəbərlər

Orphus sistemi