Yuxarı

Avstriyada miqrantlara dəstək aksiyası keçirilib

Тümayişdə 20 minə yaxın insan iştirak edib

Bakı. 01 sentyabr. REPORT.AZ/ Avstriyanın paytaxtı Vyana şəhərində ötən axşam Avropa İttifaqında (Aİ) qaçqın və miqrant siyasətinə etiraz əlaməti olaraq aksiya keçirilib.

"Report" “BBC”-yə istinadən xəbər verir ki, nümayişdə 20 minə yaxın insan iştirak edib.

Avropada ksenofobiya hallarının artdığından narahat olduqlarını dilə gətirən aksiya iştirakçıları "Miqrantlar Avropaya xoş gəlmisiz" və "Mən istəmirəm ki, Avropa kütıləvi məzara çevrilsin" kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, ilin əvvəlindən iyul ayının sonunadək Aİ-yə üzv dövlərlərin ərazisinə 107 mindən çox qaçqın daxil olub,

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi