Avstriyada ictimai yerlərdə niqab və burqa geyinilməsi qadağan olunub

Avstriyada ictimai yerlərdə niqab və burqa geyinilməsi qadağan olunub İctimai yerlərdə “Quran”ın pulsuz paylanması da yasaqlanıb
Digər ölkələr
28 Mart , 2017 17:03
Avstriyada ictimai yerlərdə niqab və burqa geyinilməsi qadağan olunub

Bakı. 28 mart. REPORT.AZ/ Avstriyada ictimai yerlərdə üz və bədəni tam örtən burqa (paranca) və niqabın geyinilməsi qadağan edilib.

“Report” “Deutsche Welle”yə (DW) istinadən xəbər verir ki, bu məsələ Avstriya hökumətinin martın 28-də qəbul etdiyi qaçqınların inteqrasiyası üzrə tədbrilər proqramına salınıb.

Bundan başqa, ictimai yerlərdə “Quran”ın nüsxələrinin pulsuz paylanması da qadağan olunub.

Sənədə əsasən, qaçqınlar və miqrantlar bir il inteqrasiya kursuna gedib, alman dilini öyərənəcəklər. Onlara Avstriya cəmiyyətinin mədəni dəyərləri izah ediləcək. Hökumət qaçqın və mühacirlərin cəmiyyətə inteqrasiya proqramına 200 milyon avro xərcləyəcək. 

Avstriyanın xarici işlər naziri Sebastian Kurts hesab edir ki, bununla da miqrantlar Avstriya cəmiyyətinin dəyərlərinə yiyələnəcəklər. 

Son xəbərlər

Orphus sistemi