Bakı. 16 yanvar. REPORT.AZ/ Avstriya höküməti sərhədlərdə nəzarət xidmətini bərpa edir. "Report"un "Lenta.Ru"-ya istinadən verdiyi xəbərə görə, bu qərarı Avstriyanın Federal Kansleri Verner Fayman açıqlayıb.
Onun sözlərinə görə, bundan belə Avstriyaya daxil olmaq istəyən hər bir şəxs şəxsiyyətini təsdiq edən sənədi təqdim etməli olacaq.
"Əyər Avropa İttifaqı xarici sərhədlərin təhlükəsizliyini təmin edə bilməsə "Şengen" müqaviləsinin gələcəyi ümumiyyətlə sual doğuracaq. Bu halda hər bir ölkə sərhədlərini qorumalı olacaq", - deyə Verner Fayman vurğulayıb.